Neftin qiymətləri artır

17.04.2019,09:58


17 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,20 dollar və yaxud 0,27% artaraq bir barelə 73,78 dollar təşkil edib.

Aprelin 16-da Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 0,65 dollar (1,03%) artaraq bir barelə 64,05 dollar təşkil etmişdir. 

Saat 9:15-də “WTI” markalı neftin may fyuçersi 0,43 dollar (0,67%) yüksələrək 64,48 dollar / barelə təşkil etmişdir.

Çərşənbə axşamı Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,54 dollar (0,76%) artaraq, bir barelə 71,72 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,26 dollar (0,36%) artaraq bir barelə 71,98 dollar təşkil etmişdir.