İlham Əliyev Stevo Pendarovskini Şimali Makedoniya prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi

17:53 - 15.05.2019


15 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Stevo Pendarovskini Şimali Makedoniyada prezident seçkilərində qalib olması münasibətilə təbrik etdi.

“Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”, - təbrikdə belə deyilir.

Azərbaycan prezidenti Stevo Pendarovskiyə cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb.

 

Bütün xəbərlər