Azərbaycanda QR-kod vasitəsilə ödənişlər sistemi istifadəyə veriləcək

16.05.2019,17:38


16 may, Fineko/abc.az. Cari ilin sonunda Azərbaycanda Ani Ödəniş Sisteminin fiziki şəxslər arasında hesablaşmanı nəzərdə tutan hissəsi istifadəyə veriləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Maliyyə və Texnologiyalar Sammitində “Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol” mövzusunda çıxışında deyib.

O qeyd edib ki, növbəti ildən isə Ani Ödəniş Sisteminin hüquqi şəxslər arasında hesablaşmanı və digər mərhələləri nəzərdə tutan hissəsi istifadəyə veriləcək: “Ani Ödəniş Sistemi inkişaf etmiş ölkələr tərəfindən qəbul olunur. Sistemin məqsədi 7/24, yəni əməliyyatın aparıldığı dövrdə hesablaşmaların başa çatdırılmasıdır”.

K.Qurbanova bildirib ki, 2020-ci ildə isə Azərbaycanda QR-kod vasitəsilə ödənişlər sistemi istifadəyə veriləcək.