Dövlət Komitəsinin sədri Kərəm Həsənov vətəndaşları qəbul edəcək

10:43 - 21.05.2019


21 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəki, Qax və Zaqatalada vətəndaşları qəbulu edəcək.

Komitədən verilən məlumata görə, komitə sədri tərəfindən qəbul saat 10:00-da 25 may 2019-cu il tarixində Şəki şəhərində keçiriləcək. Həmin gün Komitənin sədr müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcəklər.

Görüşdə daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Bütün xəbərlər