330x110
 

Makroiqtisadi stabillik ümumi daxili məhsulun 1,4 % artımına səbəb olub

21.05.2019,17:31


21 may, Fineko/abc.az. Mayın 21-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, keçən il makroiqtisadi stabilliyin daha da möhkəmlənməsinə, ümumi daxili məhsulun (ÜDM) 1,4 faiz, əhalinin adam başına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub.

 Cari ilin əvvəlində ölkənin ümumi valyuta ehtiyatları 44,5 mlrd. dollar təşkil etməklə xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib və 2018-ci ildə istehsal olunmuş ÜDM-in 94,8 faizinə bərabər olub.

Qlobal enerji qiymətlərində müşahidə olan dalğalanma nəticəsində “Azeri Light” markalı xam neftin 1 barelinin dünya birjalarında satış qiyməti 2018-ci ildə orta hesabla 73,1 ABŞ dollar səviyyəsində qərarlaşıb ki, bu da 2017-ci illə müqayisədə 31,9 faiz, büdcədə nəzərdə tutulmuş proqnozlaşdırılan qiymət göstəriciləri ilə müqayisədə isə 32,7 faiz çox olub.-deyə A.Bayramov vurgulayıb.