Gürcüstanın Baş naziri Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı məsələlərə toxunub

17:35 - 23.05.2019


23 may, Fineko/abc.az. Mayın 23-də Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı məsələlərə toxunub.

“Əminəm ki, Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlər iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin ruhuna uyğun həll olunacaq. Tərəflər yeni komissiyalar yaratmaq və işə başlamaq barədə qərar qəbul ediblər. Amma bu, çox zəhmət tələb edən məsələdir və hər bir nüans xüsusi diqqət tələb edir.” -deyə Baş nazir qeyd edib.

 

Bütün xəbərlər