Valyuta hərracında manat/dollar məzənnəsi dəyişməyib

14:56 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında manat və dollar əvvəlki səviyyədə qaldı.

"30 noyabr tarixində Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracını keçirdi. Manatın ortaçəkili məzənnəsi 1,7001 AZN/1 USD səviyyəsində qaldı", - AMB-dan belə deyildi.

Daha öncə, noyabrın 28-də keçirilmiş  valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7001 AZN/1 USD təşkil etdi.

 

 

Bütün xəbərlər