Azərbaycan regionda kiber cinayətkarlar üçün ən cəlbedici ölkə olub

11:07 - 27.05.2019


27 may, Fineko/abc.az. “Kasperski Laboratoriyası” 2019-cu ildə bölgədə zərərli proqramların yayılması ilə bağlı statistikanı açıqlayıb.

“Kasperski Laboratoriyası”nın aparıcı antivirus mütəxəssisi Sergey Qolovanovun sözlərinə görə, əgər 1994-cü ildə hər saatda 1 virus ortaya çıxırdısa, 2006-cı ildə hər dəqiqə 1 virus, 2011-ci ildə isə hər saniyə bir virus ortaya çıxırdı.

“Artıq 2018-ci ildə hər gün 346 min yeni zərərli obyekt ortaya çıxırdı. Eyni zamanda, ART sinif (kiber silah) hücumlarına təhlükələrin 0,1%-i, hədəf hücumlara (təşkilatlara edilən hücumlar) -9,9%-i və kütləvi hücumlara (ənənəvi kiber-cinayətkarlıq) 90%-i düşüb”, - deyə Qolovanov bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan istifadəçiləri kibercinayətkarlar üçün ən cəlbedici istifadəçi olmuşlar. Belə ki, bu dövrdə ölkədə istifadəçilərin 20%-i internetdə hücuma mərzu qalıb, Ermənistanda isə bu göstərici 18%, Belarusda - 20%, Gürcüstanda 18%, Qazaxıstanda - 18%, Rusiyada - 16%, Sankt-Peterburqda - 13% təşkil edib.

“Azərbaycanda lokal təhlükələrin səviyyəsi də yüksəkdir. Belə ki, istifadəçilərin 47% -i lokal təhlükələrə məruz qalmışdır. Ermənistanda bu rəqəm 41%, Belarusda - 47%, Gürcüstanda - 33%, Qazaxıstanda - 47%, Rusiyada - 31%, və ancaq Sankt-Peterburqda - 25% təşkil etmişdir. Mobil İnternetdən istifadənin artması səbəbindən mobil zərərverici təhlükələrin də sayı artmışdır. Belə ki, hesabat dövründə Azərbaycanda istifadəçilərin 2% -i zərərverici PT-nın qurbanı olmuşdur, Ermənistanda bu göstərici 2%, Belarusda 2%, Gürcüstanda 1%, Qazaxıstanda 4%, Rusiyada 3%, Sankt-Peterburqda 2% təşkil edib”, - S.Qolovanov bunu deyib.

Antivirus mütəxəssisi qeyd etdi ki, mobil təhdidlərin əksəriyyəti reklam PT, mobil maynerlər və mobil bankinq troyanlarıdır.

 

 

Bütün xəbərlər