Sabahdan Bakı-Tver-Bakı reysi açılır

16:27 - 27.05.2019


27 may, Fineko/abc.az. 28 may tarixindən etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə  yeni reys fəaliyyətə başlayacaq.

Bu barədə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Voronej, Tula, Moskva şəhərlərindən keçəcək.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

 

Bütün xəbərlər