Yatırılan investisiyanın 60%-dən çoxu qeyri-neft sektoruna yönəldilib

11:46 - 4.06.2019


4 iyun, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransında çıxışı zamanı bildirib ki, ölkə iqtisadiyyatına 260 milyon dollaradək investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir.

Nazir qeyd edib ki, yatırılan ümumi investisiyanın 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib, 2 milyondan çox iş yeri açılıb. Eyni zamanda, ötən il özəl bölmənin ümumi daxili məhsulda payı 85 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb.

Daha sonra nazir bugünədək investisiya təşviqi verilmiş 367 layihəyə 3,2 milyard manat investisiya yatırılması və 24 minədək yeni iş yerinin açılması nəzərdə tutulduğunu deyib.

Bütün xəbərlər