Ötən il 2 quruma büdcə ssudası verilib

16:49 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilir ki, ötən il 2 halda 86 min 823,5 ABŞ dolları və 2 halda 74 min 138,4 manat məbləğində vəsait 2 dövlət təşkilatına büdcə ssudası adı ilə verilib.

Rəydə bu vəsaitlərin vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirildyi qeyd edilib: "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları" ilə  sərbəst qalıq vəsaitlərindən büdcə ssudası verilməsi nəzərdə tutulmadığını nəzərə alaraq Hesablama Palatası büdcə ssudalarının faizsiz verilməsinin bu vəsaitlərdən istifadə etməklə dövlət büdcəsinə əlavə gəlir əldə olunması ilə bağlı qaydalarla müəyyən edilmiş məqsədə uyğun olmaması qənaətindədir".

 

Bütün xəbərlər