Azərbaycanla Əfqanıstan arasında sənədlər paketi imzalanıb

15:26 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycanla Əfqanıstan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş hökumətlərarası sənədlər paketi imzalanıb.

“İqtisadi-ticarət sahəsində əmədkaşlıq haqqında saziş”, “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş”, “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”, “Təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində  fəaliyyət haqqında saziş” və “Hava xidməti haqqında saziş” imzalanmışdır.

Sazişlər, Əfqanıstan prezidenti Əşrəf Qaninin Azərbaycana səfəri çərçivəsində imzalanmışdır.

 

 

Bütün xəbərlər