Anar Həsənov: Vergi və gömrükdəki islahatlar müştərilərin hesablarında baş verən dəyişiklikdən hiss olunur

17:22 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Həm vergidə, həm gömrükdəki dəyişiklikləri bizim müştərilərin hesablarında baş verən ümumi dövriyyədə, o cümlədən vergi və gömrüklə bağlı ödənişlərin sayının artmasında müşahidə etmək olur.

Bunu Acssesbankın təşkil etdiyi biznes forumda bankın idarə heyətinin sədri Anar Həsənov deyib.

Onun sözlərinə görə, hər bir islahat öz keçid dövrünü yaşamalıdır və bazarda da tələb olunur ki, bu prosedura tam alışılsın: "Bununla əlaqədar biz həm maliyyə xidmətləri, həm də qeyri maliyyə xidmətləri olaraq bu kimi tədbirlərlə islahatlara öz töfhəmizi verməyə çalışırıq. Müştərilərimiz, sahibkarlar nə qədər tez bu islahatları, dəyişiklikləri qəbul eləsələr bu bizim iqtisadiyyatın dinamikasına da bilavasitə təsir edəcək".

 

Bütün xəbərlər