Naftalanda tullantı sutəmizləyici qurğu inşa edilir

16:29 - 12.06.2019


12 iyun, Fineko/abc.az. “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb.

Hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir.

Verilən xəbərə görə, Naftalanda məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğunun inşası bu ilin sonunadək  başa çatacaq.

Qeyd edilir ki, “Azərsu” ASC Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilmiş layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi inşa edib.

 

Bütün xəbərlər