Sahib Məmmədov: Ümumi dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam edir

16:56 - 12.06.2019


12 iyun, Fineko/abc.az. İyunun 12-də Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, hazırda respublikanın 33 rayonu üzrə 257 min hektar ərazidə ümumi dəyəri 2,2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.

“Aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına 162 milyon manat güzəştli kredit ayrılıb, 20 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 645 milyon manat olan 37 layihəyə investisiya təşviqi sənədi verilib.” – deyə nazir müavini qeyd edib.

 

Bütün xəbərlər