Ləğv prosesində olan bankın Kreditorlar Komitəsinə yeni sədr seçilib

12.06.2019,17:22


12 iyun, Fineko/abc.az. Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinə yeni sədr seçilib.

Sədr “Bank Standard”ın Kreditorlar Komitəsinin yeni tərkibini müəyyənləşdirmək üçün keçirilən yığıncaq zamanı seçilib.

İclas zamanı Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov istefa verib və bundan sonra Komitənin yeni tərkibi formalaşdırılıb.

Komitənin üzvlərinin sayı 2 dəfədən çox artaraq 27-dən 60-a çatdırılıb. Yeni sədri seçmək üçün 58 nəfərin iştirak etdiyi səsvermə keçirilib. Seçkilər Şahin Əhmədov və "Azercell Telecom" MMC-nin nümayəndəsi vəkil Oktay Məhərrəmov arasında baş tutub. Səsçoxluğu ilə Şahin Əhmədov yeni sədr seçilib.

Bundan əlavə, Kreditorlar Komitəsinin katibi vəzifəsinə yalnız bir nəfər - Nailə Təhməzova namizəd olub və 34 səs çoxluğu ilə seçilib.