KOBİA və “Omni World Holdings” Anlaşma Memorandumu imzaladılar

09:28 - 14.06.2019


14 iyun, Fineko/abc.az. İyunun 13-də Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Omni World Holdings” Ltd (BƏƏ)  Anlaşma Memorandumu imzaladılar.

KOBİA məlumat verir ki, memoranduma əsasən, “Omni World Holdings” Ltd Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 milyon ABŞ dolları həcmində investisiya yatıracaq.

Xüsusilə, “Omni World Holdings” Ltd turizm, ASK, informasiya texnologiyaları və sağlamlıq sahəsində layihələrə sərmayə qoyacaq.

Memorandumu KOBİA idarə heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings” Ltd rəhbəri Erik Alfred Sayer imzaladılar.

 

Bütün xəbərlər