Yaxın gələcəkdə elektron qaimə-faktura ilə vergi hesab-fakturaları vahid sənəd halında birləşəcək

11:33 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Yaxın gələcəkdə Vergilər nazirliyi elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur.

Bildirilir ki, bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində “Elektron vergi hesab-fakturası” yazılmayacaq.

Nazirlikdən verilən məlumata görə, elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının birləşdirilməsi təşəbbüsü sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb. Həmin təkliflərin artıq bir qismi nəzərə alınıb və texniki sifarişlər əsasında elektron qaimə-fakturaların təkmilləşdirilməsi həyata keçirilir.

Qeyd olunub ki, növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur.

Bütün xəbərlər