29 sahibkara 781 min manat güzəştli kredit verilib

16:09 - 20.06.2019


20 iyun, Fineko/abc.az. “Bu ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan verir.”

Bunu iyunun 20-də Göygöl rayonunda keçirilən işgüzar forumda   İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov söyləyib.

Qeyd edilir ki, forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda 29 sahibkara 781 min manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlər heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 275,6 milyon manat güzəştli kredit verilib.

Bütün xəbərlər