Rabitəbank restalinq edəcək

14:30 - 2.07.2019


2 iyul, Fineko/abc.az. Rabitəbank restalinq edərək yeni loqosunu təqdim edəcək.

Bunu bankın baş direktoru Ziya Nuriyev jurnalistlərlə keçirilən təlimdə deyib.

O qeyd edib ki, loqonun təqdimatından sonra həm də başqa yeniliklər də olacaq:" Yaxın zamanlarda filiallarda dəyişkilərin aparılmasına başlanılacaq. İlin sonuna kimi həmçinin yeni kart məhsulları buraxılacaq. Mobil bankçılıqda da ilk yerləri tutmağı planlaşdırırıq".

 

Bütün xəbərlər