2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi istehsalı artıb

10:23 - 19.07.2019


19 iyul, Fineko/abc.az. 2019-cu ilin 6 ayı ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 11 967,9 mln. kVt/saat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 5,6% yüksəkdir.

İlin birinci yarısında ölkədə  əmtəə elektrik enerjisinin həcmi 11 549,1 mln. kVt / saat təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 5,8% yüksəkdir.

"Azərenerji" ASC-nin istilik elektrik stansiyaları 2019-cu ilin yanvar-iyun aylarında 10 611,3 mln. kVt/saat əmtəə elektrik enerjisi istehsal edib ki, bu da 2018-ci ilin  yanvar-iyun ayları üzrə göstəricidən 7,1% çoxdur. Su elektrik stansiyaları 859 milyon kvt / saat istehsal edib ki, bu da ötən ilin birinci yarısının göstəricisindən 12,9% aşağıdır.

2019-cu ilin birinci yarısında Azərbaycanda 57,7 mln. kVt/saat külək elektrik enerjisi, 21,1 mln. kVt/saat həcmində günəş enerjisi istehsal edilib. Külək elektrik enerjisi keçən ilin göstəricilərindən 8,5 dəfə, günəş enerjisi isə 9,3% yüksəkdir.

Elektrik enerjisinin ümumi və əmtəə göstəriciləri arasındakı fərq onunla izah olunur ki, istehsal olunan elektrik enerjisinin hissəsini Azerenerji öz tələbatını ödəmək üçün istifadə edir.

Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 25 256,1, mln. kVt/saat təşkil edib.

 

Bütün xəbərlər