“Azərbaycan Beynəlxalq Bankı" ilin ilk rübünü xalis mənfəətlə başa vurub

22.07.2019,16:59


22 iyul, Fineko/abc.az. "Azərbaycan Beynəlxalq Bankı" cari ilin ilk rübünü 300 mln. manat xalis mənfəətlə başa vurub.

Bu barədə məlumat bankın 30 iyun 2019-cu il üzrə fəaliyyət göstəricilərində qeyd olunub.

Sözügedən dövrdə bankın xalis faiz gəlirləri 171 mln. 434 min manat, xalis qeyri-faiz xərcləri isə 7 mln. 391 min manat təşkil edib. Əməliyyat mənfəəti 164 mln. 43 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 136 mln. 297 min manat azaldıb və ilin ilk yarısını 300 mln. 340 min manat mənfəətlə başa vurub.