Əhalinin banklardakı müddətli əmanətləri azalıb

10:57 - 31.07.2019


31 iyul, Fineko/abc.az. Əhalinin banklara qoyduğu müddətli əmanətləri azalıb.

Bu məlıumat Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq statistikasında qey olunub.

Belə ki, 30 İyun 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) müddətli əmanətləri 5 milyard 337.4 milyon manat təşkil edib. Bu, cari ilin mart ayının sonu ilə müqayisədə 128,4 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 141,6 milyon manat azdır. May ayının sonu ilə müqayisədə İyun ayında müddətli əmanətlər 43,4 milyon manat azalıb. Müddətli əmanətlər ötən ilin Dakabr ayının sonunda 5 milyard 479 milyon manat, Martın sonunda 5 milyard 465.8 milyon manat, Mayın sonunda isə 5 milyard 380.8  milyon manat təşkil etmişdi.

Qeyd edək ki, bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Sektor üçün müddətli əmanət daha önəmlidir.

 

Bütün xəbərlər