AMB depozit hərracında 150 milyon manat cəlb etdi

12:01 - 5.08.2019


5 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 5 avqust tarixində hərracda Mərkəzi Bank 150 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  884,3 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Bütün xəbərlər