ƏDV ödəyicilərinin sayı 40% artıb

15:51 - 7.08.2019


7 avqust, Fineko/abc.az. İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 %-dən cari ilin iyun ayının sonuna 52,9 %-ə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.

Bu barədə Vergilər Nazirliyinin 2019-cu ilin yanvar-iyun ayları üçün açıqladığı hesabatda qeyd olunur.

Bildirilir ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da biruzə verir. Cari ilin iyul ayının 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40%, aktiv obyektlərin sayı isə 14%  artıb.

 

Bütün xəbərlər