330x110
 

“Aqrarkredit” depozitini yerləşdirdiyi bankın adını açıqlayıb

14.08.2019,11:16


14 avqust, Fineko/abc.az.  Ötən ilin sonunda “Aqrarkredit”in “Turanbank” ASC-də 12 milyon 181 min manat depoziti olub. Bu barədə məlumat təşkilatın açıqladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, depozitlərin 7 milyon 170 min manatı ABŞ dollarında illik 2% ilə, 5 milyon manatı isə milli valyutada illik 7%-lə “Turanbank”da yerləşdirilib.

“Aqrarkredit”in  banklardan yalnız “Turanbank”da depozit yerləşdirib. 2017-ci ildə də “Aqrarkredit” depozit üçün “Turanbank”ı seçmişdi.