Banklararası valyuta bazarında aparılan əməliyyatlar daha çox ABŞ dollarında aparılıb

14:41 - 14.08.2019


14 avqust, Fineko/abc.az. 2019-cu ilin birinci yarısında banklararası valyuta bazarında (BVB) əməliyyatların 94%-i ABŞ dollarında, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla 5%-i Avroda, 1%-i isə digər valyutalarda aparılıb. 

Bu barədə məlumat Mərkəzi Bankın yanvar-iyun ayları üçün açıqladığı Pul Siyasəti İcmalında qeyd olunub.

İcmala əsasən, BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. Bankdaxili valyuta bazarında (BDVB) valyuta əməliyyatlarının həcmi 8 mlrd. dollar ekvivalentində olub ki, bunun da 75%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91.1%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatların payına düşür. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 2.7 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 2.1 mlrd. dollarını və ya 77.8%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

 

Bütün xəbərlər