Bu il 45 mlrd. manatlıq ÜDM istehsal edilib

17:03 - 16.08.2019


16 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yeddi ayında ölkədə 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 % çox ümumi daxili məhsul istehsal edilib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 499,5 manata bərabər olub.

Qeyd olunur ki, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 %, sənayedə 3,3 %, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 %, digər xidmət sahələrində 1,7 % artıb, tikintidə isə 9,1 % azalıb. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 %, neft-qaz sektorunda isə 1,9 % artıb.

 

Bütün xəbərlər