330x110
 

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə Masazırda

02.09.2019,14:58


2 sentyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilməsi ilə xidmətləri vətəndaşlara daha əlçatan edir.

Belə ki, bu həftə səyyar qeydiyyat xidmətlərindən Masazır qəsəbəsinin sakinləri yararlanacaq. Sosial aksiya 03-06 sentyabr tarixlərində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 798 (Əliağa Vahidin heykəli və “Zirvə” İdman klubunun yanında) ünvanında keçiriləcək.

Vətəndaşlar əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar ofisə müraciət edə bilər.