330x110
 

Vaxtı keçmiş kreditlərin böyük hissəsi uzun müddətli kreditlərlə bağlıdır

04.09.2019,15:44


4 sentyabr, Fineko/abc.az.  Milli valyutadakı kreditlərin 16,9%-i və ya 1 milyard 508.4 milyon manatı qısamüddətli, 83,1%-i və ya 7 milyard 435.7 milyon manatı uzunmüddətli kreditlərdən ibarət olub.

Abc.az xəbər verir ki, bu məlumat Mərkəzi Bankın açıqladığı “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” adlı statistikasında qeyd olunub.

Sözügedən açıqlamada vurğulanır ki, xarici valyutada kreditlərin isə 22,4%-ni və ya 1 milyard 60,3 milyon manatını qısamüddətli, 77,6%-ni və ya 3 milyard 677 milyon manatını uzunmüddətli kreditlər təşkil edib.

Satatistikaya əsasən, vaxtı keçmiş kreditlərin böyük hissəsi uzunmüddətli kreditlərlə bağlıdır.

Qeyd edək ki, fiziki şəxslərin banklarda xarici valyutada 4 milyard 835 milyon manat əmanətləri var. Bu xarici valyutadakı əmanətlərin 3 milyard 14 milyon manatı müddətli əmanətlərdir. Kredit təşkilatlarının xarici valyutada kredit qoyuluşları (4 milyard 737,3 milyon manat) xarici valyutadakı əmanətlərdən azdır.