330x110
 

“Azərsu” ASC-nin sədri Gəncə şəhərində vətəndaşları qəbul edəcək

11.09.2019,11:17


11 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 18 sentyabr 2019-cu il tarixində Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Həmçinin 19 sentyabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. 20 sentyabr 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Qeyd olunur ki, vətəndaşlar qəbul üçün Gəncə, Samux, Göygöl, Daşkəsən, Naftalan, Goranboy, Kəlbəcər və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.