330x110
 

Ziraat Bank Azərbaycan” ASC “Beynəlxalq Caspian Energy Forum Baku”– 2019-un sponsoru olaraq çıxış edəcək

16.09.2019,17:21


16 sentyabr, Fineko/abc.az. “Ziraat Bank Azərbaycan” ASC Sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq “Caspian Energy Forum Baku 2019” proqramına sponsor olaraq qatılacaqdır. Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev doqquzuncu “Beynəlxalq Caspian Energy Forumu”-nun “Əsrin müqaviləsi” nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunması barəsində məlumat vermişdir.

“Ziraat Bank Azərbaycan” ASC, “Beynəlxalq Caspian Energy Forum Baku”-nun çoxillik, ənənəvi sponsorudur. Bankın İdarə Heyətinin Sədri Avni Demirci “Caspian European Club”-un İdarə heyətinin üzvü olmaqla birlikdə bankinq və maliyyə üzrə işçi qrupuna rəhbərlik edir. “Caspian European Club” Avni Demircinin yüksək peşəkarlığı sayəsində uğurla fəaliyyət göstərir və bütün mövcud problemləri operativ şəkildə həll etməkdədir. Həmçinin Telman Əliyev, Avni Dəmircinin İdarə Heyəti Sədrliyini etdiyi “ Ziraat Bank Azərbaycan” ASC hakkındaki çıxışında, sıx və səmərəli partnyorluqlarının davam etməsinin tərəfdarı olduqlarını və “Ziraat Bank Azərbaycan” ASC-nin uğurlarına daim sevindiklərini bildirmişdir.

“Ziraat Bank Azərbaycan”ASC nin İdarə Heyətinin Sədri Avni Demirci Sentyabrın 19-na nəzərdə tutulmuş doqquzuncu “Beynəlxalq Caspian Energy Forumu”-nun yüksək səviyyədə təşkili məqsədilə bankın “Caspian Europan Club” ilə əməkdaşlığından məmnun olduğunu ifadə edib. “Ziraat Bank Azərbaycan” ASC-nin məqsədi yerli istehsalatın həcminin artırılması və bunun nəticəsində yeni iş yerlərinin açılması, iqtisadiyyatın real sektorunun dəstəklənməsi, sahibkarlığa, həmçinin iri istehsalçıların fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsidir. Avni Demirci bu məqsədlərə nail olmaq üçün biz gələcəkdə, həmçinin beynəlxalq Caspian Energy forumları çərçivəsində də Klub ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişdir.

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında “Azpetrol ltd” ASC, “AzərTelecom ASC, “AzeriCard” ASC, “İCODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group”, “NABUCCO A&C”, “Azprint” və “Transbroker” şirkətləri var.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Açar sözlər: Caspian European Club