330x110
 

Banklar xarici valyutanı ucuz alır, baha satır - Ekspert

17.09.2019,11:58


17 sentyabr, Fineko/abc.az. Aparıcı banklar xarici valyutanı daha aşağı məzənnə ilə alır və yuxarı kursla satır.

 Bunu iqtisadçı-ekspert Vüqar Bayramov ABC.AZ saytına bankların valyuta mübadiləsi məntəqələrində xarici valyutaların alış və satış qiymətləri arasındakı fərqin olmasına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, xüsusən də hesablarda vəsaitlərin konvertasiyasında fərq daha böyükdür və prosesə dərhal müdaxilə edilməlidir: “Əslində Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank tərəfindən bu prosesə müdaxilə edilməsinə ehtiyac var. Çünki aparıcı banklarda hesabı olan şirkətlər məhz konvertasiya fərqindən kifayət qədər ciddi məbləğdə vəsaitlər itirirlər. Xüsusən də statistika göstərir ki, aparıcı banklarda alış kursu ilə satış kursu arasında böyük fərq var. Konvertasiya zamanı tətbiq edilən kurs bazar kursundan tamamən uzaq bir kursdur. Və nəticədə bu ona gətirib çıxıarır ki, kommersiya bankları süni konvertasiya məzənnə kursundan istifadə etməklə gəlir əldə edirlər. Sahibkar, fiziki şəxs, hətta vətəndaş praktik olaraq bu konvertasiya faizlərini itirmiş olur. Ona görə də bu prosesə müdaxilə edilməsi mütləqdir.

Müəllif: Elmir Murad