330x110
 

Azərsu Zabrat qəsəbəsində yeni layihələrin icrasına başlayıb

17.09.2019,15:54


17 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb.

Qeyd olunur ki, hazırda 5 yaşayış məntəqəsini  əhatə edən layihələrdən biri Sabunçu rayonunun Zabrat qəsəbəsində icra olunur. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq.

Layihəyə əsasən, ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa  çatdırılması nəzərdə tutulur.

Hazırda Zabrat qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində - Biləcəri, Mehdiabad, Ramana və Bahar qəsəbələrində yağış və kanalizasiya xətlərinin tikintisi davam etdirilir.