330x110
 

EBRD “Aztelekom”un auditini keçirilməsinə vəsait ayırıb

24.09.2019,17:22


24 sentyabr, Fineko/abc.az.  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Aztelekom” MMC-nin auditini aparmaq üçün "PricewaterhouseCoopers” (PwC) audit şirkətinə 74 min avro pul ödəyəcək. 
 
Məlumata görə, 2019-2020-ci illərdə həyata keçiriləcək bu audit yoxlamasının nəticəsi “Aztelekom”un reallaşdıracağı layihənin Bank tərəfindən maliyyələşdirilməsinə təsir edəcək.
 
Məlumatda deyilir ki, bundan əlavə EBRD “Aztelekom” üçün Rusiyadan dəvət edəcəyi konsultanta 50 min avro xərcləyəcək. Belə ki, təchizatçı bu vəsaitin qarşılığında Azərbaycanın mövcud tender qanunvericiliyini araşdıracaq və EBRD-nin təchizatla bağlı tələblərinə uyğun olub-olmamasını yoxlayacaq.
Xatırladaq ki, Azərbaycan regionlarının əsas stasionar telefon və internet təchizatçısı olan “Aztelekom” 10 regionda fiber-optik internet şəbəkəsinin yaradılmasını təşkil edəcək. 
 
 
 
© Report.az