Rövnəq Abdullayev: STAR neft emal zavodunda 4 mln. ton xam neft emal olunub

14:56 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az.  “SOCAR Türkiyə”nin Əliağadakı Xüsusi Sənaye Zonası statuslu ərazisində bir obyektin açılış, digərinin isə təməlqoyma mərasimi keçirildi. 

ABC.AZ xəbər verir ki, “SOCAR Türkiyə”nin törəməsi olan və ildə 10 milyon ton xam neft emal gücünə malik STAR zavodunun saxlama tutumunun artırılması məqsədi ilə yeni investisiya layihələri həyata keçirilir. Bunlardan “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi başa çatdırılaraq istifadəyə verilmiş, STAR neft emalı zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə isə start verilmişdir. Yeni investisiyalar “SOCAR Türkiyə”nin və müştərilərinin istifadə edəcəyi anbarların tutumunu 2,5 milyon kubmetrə çatdırmağa imkan verəcək.

Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki,  son 10 il ərzində “Petkim”in ümumi gəlirləri 47,2 milyard lirə təşkil etmiş, xalis mənfəəti isə 4 milyard lirəni ötmüşdür. STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunub. Cari ilin sonuna qədər bu rəqəm 8 milyon tona çatacaq. 

SOCAR-ın prezidenti saxlama obyektlərinin tutumunun artırılmasının STAR zavodunun məhsuldarlığına, emal təhlükəsizliyinə və istehsal olunacaq məhsulların bazarda ən optimal kommersiya şərtləri ilə reallaşdırılmasına mühüm töhfə verəcəyini qeyd etdi. 

Bütün xəbərlər