Azərbaycanda hansı bankın cəmi kapitalı 4 milyondan çox azaldı? – MALİYYƏ NƏTİCƏLƏRİ

11:29 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. 30 Sentyabr 2019-cu il tarixində “Premium Bank” 576 milyon 387 min manat cəmi aktivlərə malik olub və aktivlərin 493 milyon 473 min manatını müştərilərə verilən kreditlər təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə bankın bu ilin 9 ayını (yanvar-sentyabr) əhatə edən maliyyə hesabatında qeyd olunub.

 Hesabata əsasən, 31 Dekabr 2018-ci il tarixində sözügedən bank 646 milyon 284 min manat cəmi aktivlərə malik olmuş və aktivlərin 584 milyon 596 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, cari ilin 9 ayında “Premium Bank”ın cəmi aktivləri 69 milyon 897 min manat, müştərilərə verilən kreditlər isə 91 milyon 123 min manat azalıb.

 Depozitlərin azalması ilə əlaqədar olaraq “Premium Bank”ın öhdəlikləri də azalıb. Ötən ilin sonu ilə müqayisədə depozitlər 69 milyon 140 min manat azalaraq 396 milyon 936 min manata düşüb.

2018-ci ilin sonu ilə müqayisədə “Premium Bank”ın cəmi kapitalı 4 milyon 297 min manat azalaraq 130 milyon 430min manata düşüb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər