Azərbaycan nefti yarım dollara qədər bahalaşdı

10:24 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. “Azeri LT CIF” markalı Azərbaycan neftinin bir barelinin qiyməti dünya bazarında qalxdı.

Bir günə “Azeri LT CIF” markalı neft 0,49 dollara (0,75%) qədər bahalaşdı. Hazırda “Azeri LT CIF” markalı xam neftin qiyməti  65,66 dollar / barelə təşkil edir.

“Azeri LT” neftinin ən aşağı qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeyd edilmişdir. 

 

 

Bütün xəbərlər