Bu ödənişlərin həcmi 12 dəfə atıb – SON 5 İLDƏ

16:00 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda bank kartları ilə elektron ticarət saytlarında aparılan ödənişlərin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, son 5 ildə bank kartları ilə ölkədaxili elektron ticarət saytları üzərindən aparılan ödənişlərin həcmi 12 dəfə atıb.

Bunu Bakıda keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu” nda çıxış edən Mərkəzi bankın sədr müavini Alim Quliyev deyib. O, qeyd edib ki, bu göstərici 2018-ci ilin sonuna 1,7 milyard manata çatıb. “Mərkəzi Bank da öz növbəsində artıq uzun müddətdir ki,özünü yaratdığı hökümət ödəniş portalının operatoru olaraq ölkədə elektron ticarət ekosisteminin  inkişafına xüsusi töfhə verib" deyə A.Quliyev bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər