Moskvada Rusiya-Azərbaycan forumu keçiriləcək

12:16 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. Noyabrın 22–23-də Moskvada Onuncu Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.

Tədbir “Roskonqress” Fondunun dəstəyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən birgə təşkil ediləcək.

Xəbər veilir ki, forumun işgüzar proqramını noyabrın 22-də Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov açacaq. Proqramda – Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş tərkibdə iclası, həmçinin nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sfera kimi sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə dörd dəyirmi masa keçirilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər