“Amrahbank”ın faiz gəlirləri artıb – 45 Fazidən çox

10:59 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. “Amrahbank” 2019-cu ilin 3-cü rübü üçün maliyyə gəstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verur ki, hesabata əsasən bankın faiz gəlirləri artıb.

Belə ki, 2019-cu ilin 3-cü rübünün sonuna “Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 710 min manat və ya 45.3 faiz artaraq 8,7 milyon manat təşkil edib. Artım təkcə faiz gəlirlərində olmayıb. Bankın depozit portfelində də artım qeydə alınıb. 30 sentyabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər 163 milyon 390 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 milyon manat və ya 1.17 faiz çox deməkdir.

30 sentyabr 2019-cu ilin sonuna olan məlumata görə “Amrahbank”ın kredit portfeli 100 milyon 226 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər