" />
  330x110
 

Azərbaycanın mobil şəbəkəsinə baxanda Almaniyaya ağlamaq istəyirəm - "Bakcell"-in baş icraçı direktoru

14.11.2019,12:46


14 noyabr, Fineko/abc.az. Azərbaycanda Bakcellin şəbəkəsi dünyada ən yaxşı olanlardan biridir.

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərə açıqlamasında "Bakcell"-in baş icraçı dirketoru Rainer Rathgeber deyib.

O qeyd edib ki, "Bakcell"-in şəbəkəsini yalnız  Birləşmiş Əmirliklərin mobil şəbəkəsi ilə müqayisə edə bilərəm, çünki onlarda da bu sahədə xeyli müsbət şərait var: "Onlarda da şəbəkənin yaxşı olması bu sahəyə yüksək səviyyədə maliyyənin qoyulmasından irəli gəlir.  Baxın mən Almanam, buranın mobil şəbəkəsinə baxanda Almaniyaya ağlamaq istəyirəm. Həmçinin burda tariflər çox aşağıdı. Almaniyada alman nömrəmə görə, daha çox ödəyirəm. Almaniyanın mobil şəbəkəsi "Bakcell"-in şəbəkəsindən yaxşı deyil".

Müəllif: Elmir Murad

 

Açar sözlər: Bakcell