330x110
 

Bank krediti hesabına iqtisadiyyata yatırımlar kəskin azalıb - STATİSTİKA

18.11.2019,15:12


18 noyabr, Fineko/abc.az. Azərbaycanda bank krediti hesabına ölkə iqtisadiyyatına yatırımlar kəskin azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur.

Hesabata əsasən, bu il Azərbaycanda əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib. Bu o deməkdir ki, 2019-cu il iqtisadiyyata müəssisə və təşkilatların xətti ilə 6 milyard 434 milyon manat, büdcə vəsaiti hesabına 3 milyard 103 milyon manat, bank kreditləri hesabına 890 milyon manat, əhalinin şəxsi vəsaitləri hesabına isə 776 milyon manat vəsait yatırılıb. 

Ötən il isə müəssisə və təşkilatların hesabına 5 milyard 764 milyon manat, büdcə vəsaiti hesabına 3 milyard 57 milyon manat, bank kreditləri hesabına 1 milyard 493 milyon manat, əhalinin şəxsi vəsaitləri hesabına 850 milyon manat vəsait yatırılmışdı.

Başqa sözlə, ötən illə müqayisədə müəssisə və təşkilatların yatırımları 11,6%, büdcə hesabına yatırımlar 1,5% artıb. Əvəzində bank kreditləri hesabına yatırımlar 40%, əhalinin vəsaitləri hesabına yatırımlar isə 8,7% azalıb.

Müəllif: Elmir Murad