330x110
 

Azərbaycan Rusiyaya mebel ixrac edəcək? – Novqorodda görüş

19.11.2019,15:22


19 noyabr, Fineko/abc.az. Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, memoronduma əsasən, bundan sonra Azərbaycan və Rusiyanın regionları sahibkarlara, müəssisələrə və təşkilatlara işgüzar əlaqələrin genişləndirilməsində və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında kömək edəcəklər.

Sənədi Novqorod vilayətinin qubernatoru Andrey Nikitin və Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov imzalayıblar.

Qubernatorla keçirilən görüşdə isə Şəki rayonunun və Şəki şəhərinin təqdimatı olub. Tərəflər Novqorod mağazalarına Azərbaycandan quru meyvə tədarükü məsələsini nəzərdən keçiriblər. Səfər zamanı qeyd olunub ki, Novqorodun “Elegiya” mebel istehsalçısı 2018-ci ildə Azərbaycana biznes missiyasından sonra EMBAWOOD şirkəti ilə mebel tədarükünə dair müqavilə imzalayıb. İndi Azərbaycana bu məhsulun tədarükü qaydasına qoyulub. Daha üç kontrakt isə hazırlanma mərhələsindədir.

Müəllif: Elmir Murad