İlin əvvəlindən Azərbaycanda yük dövriyyəsinin həcmi 206,2 milyon tona çatıb

12:33 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda  206,2 milyon yük və 1786,3 milyon sərnişin daşınıb.

Azərbaycanın Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi, keçən ilin analoji dövrü ilə müqayisədə, yük daşınması 1,8%, sərnişin daşınması isə 2,3% artmışdır.

“Yüklərin  64,1%-i avtomobil, 25,9%-i boru kəməri, 6,3%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınmışdır”, -  məlumatda belə deyilir.

Sərnişinlərin 88,1%-i avtomobil, 11,6%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.

 

 

Bütün xəbərlər