Banklar kreditləşmə fəaliyyətini aktivləşdirib – İbrahim Alışov

14:51 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Biznes kreditləri üzrə risk dərəcəsi azalır.

ABC.AZ xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib ki, bank sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 6,3 faiz (1,9 milyard manat) artaraq sentyabrın 30-na 31,4 milyard manat olub.

O bildirib ki, banklar kreditləşmə fəaliyyətini aktivləşdirib və növbəti dövrdə maliyyələşmənin davam etdirilməsi üçün yetərli likvid resurs və kapital buferi formalaşıb. Müştərilərə verilən kreditlər 13 milyon 872 manat, o cümlədən biznes subyetklərinə 8 milyon 539 min manat təşkil edib. Likvid aktivlər 8 milyon 213 min manat, cəmi aktivlər 31 milyon 363 manat olub: "Prudensial normativlər üzrə tələblərin yumşaldılması sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini stimullaşdıracaq. Kiçik və orta biznes subyektlərinə verilən biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 100 faizdən 50 faizədək) və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 75 faizdən 50 faizədək, xarici valyutada 100 faizdən 75 faizədək) azaldılıb".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər