Nağdsız dövriyyə barədə açıqlama - Elektron ticarətə müsbət təsir edir

16:41 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. Nağdsız dövriyyənin artması elektron ticarətin böyüməsinə müsbət təsir göstərir.

ABC.AZ xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "World E-Commerce Eurasia Forumu"nda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov qeyd edib ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışda onun payının artırılması, transsərhəd ticarətin inkişaf etdirilməsi üstünlük verilən mühüm vəzifələrdəndir.

Onun sözlərinə görə, 2018-2020-ci illəri əhatə edən Rəqəmsal Ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi, Rəqəmsal Ticarət Qovşağı Portalı yaradılması ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin minimuma endirilməsinə imkan verir. İqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması, əhalidə bu vərdişlərin formalaşması elektron ticarətin böyüməsinə də müsbət təsir göstərir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər