Bu şəxslərin maaşından tutulan gəlir vergisinə güzəşt ediləcək – Siyahı

14:10 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştin kimlərə şamil olunduğu açıqlanıb.

ABC.AZ xəbər verir ki, Vergilər Nazirliyi məsələ barədə bildirib ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, müharibə əlilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərə şamil olunur.

Qeyd edək ki, olunan güzəşt Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əməkhaqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nda adı çəkilən sənədlərdən biri olduqda işçinin əmək kitabçasının olduğu əsas iş yerində tətbiq olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər