Azərbaycana 40 minə yaxın avtomobil idxal olunub - 11 ayda

10:56 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 39.988 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 76,1 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, hesabat dövründə ölkəyə 36.061 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 76,5 faiz artıb.

Hesabat dövründə ölkəyə 3.261 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 68,3% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 494 ədəd (artım təxminən 2,1 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 172 ədəd (artım 53,6%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər