On bir ayda 76 milyon dollardan çox elektrik enerjisi ixrac olunub

12:24 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən,  cari ilin yanvar-noyabr aylarında ölkədən 1 milyard 742,7 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.

Qeyd olunur ki, ixrac olunan elektrik enerjisinin dəyəri 76 milyon dollardan çox olub.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 380,1 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 64,9 milyon dollar təşkil etmişdi.

Bütün xəbərlər